Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2016

İranda Aşura günü terror törətmək istəyənlər ələ keçdi

İranın kəşfiyyat naziri Mahmud Ələvi ölkənin Fars vilayətində təkfirçi qruplaşmaların terror aktları törətmək istədiyini açıqlayıb. Mahmud Ələvi dünən paytaxt Tehranda verdiyi açıqlamada bildirib ki, xalqın əməkdaşlığı ilə terrorçular ələ keçib. Terrorçulara qarşı keçirilən əməliyyat zamanı cinayətkarların üzərində 100 kq partlayıcı maddə aşkar edilib. Qeyd olunub ki, terrorçular həmçinin ayrı-ayrı şəhərlərdə Aşura günü terror törətmək istəsələr də planları baş tutmayıb. Nazir açıqlamasında vurğulayıb ki, ələ keçən terrorçular barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. /eastnews/


393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP