Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2016

Əgər Ərdoğan İraqdan hörmətlə getməsə, onu qovacayıq

İraqın Sədr hərəkatının lideri Seyid Müqtəda əs-Sədr Ərdoğana xəbərdarlıq edib: Əgər hörmətlə İraqdan geriyə çəkilməsəniz, zorla bu ölkədən qovulacaqsınız.
Sumərya İnfomasiya Agentliyinin verdiyi məlumata əsasən, o öz ardıcıllarının birinin Türkiyə Prezidentinin Ankaranın İraq torpağında hərbi varlığı barədə son çıxışlarına işarə edərək soruşduğu sualına cavab olaraq deyib: Biz Mosul əhalisini qorumaq üçün İraqın mərkəzi hakimiyyətilə hər növ əməkdaşlıq etməyə hazırıq. Yaxşı olar ki, Ərdoğan hörmətlə İraqdan çıxsın, yoxsa qovulacaq.
O Türkiyə prezidentinə xitabla deyib: Cənab Ərdoğan, siz əvvəl öz millətinizi qarşılarındakı problemlərdən qoruyun, sonra İraq xalqını qorumağı iddia edin.
Nur-az.com-un IRNA-ya istinadlı məlumatına əsasən, Sədr deyib: Ərdoğanın məqsədi hansı müsəlmanlardır? Əgər məqsədi Mosul əhalisidirsə, biz özümüz iraqlı vətəndaş olaraq onları müdafiə etməyə tamamilə hazırıq. Yox, əgər məqsədi İŞİD-dirsə, belə ki, Ərdoğanın özü İŞİD-in ən əsas və ən mühüm hamilərindəndir. Buna görə bizim onu terrorçuları dəstəklədiyinə görə beynəlxalq axtarışa vermək haqqımız var.
O bildirib: Türkiyənin hərbi qüvvələrinin bizim torpaqda olması ürək bulandırıcı və qəbul edilməz bir işdir. Buna görə də, cənab Ərdoğana bildirmək istəyirəm ki, öz qüvvələrini hörmətlə İraqdan çıxarsın. Yoxsa, zorla qovulacaq. Çünki bütün İraq xalqı öz ölkələrində sizin hərbi varlığınızla müxalifdir.
Siz əvvəl öz ölkənizi demokratik qaydalar və azadlıq əsası üzərində qurun, sonra istədiyiniz şüarı verin.


355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP