Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2016

Hələbin darvazaları arxasında Moskva və Vaşinqton qarşıdurması

Burada Amerika və Rusiya rəsmilərinin Suriya böhranı barədə son mövqelərinə bir baxış keçirəcəyik. Sərgilənən bu mövqelər rəsmi Moskva və Vaşinqton arasında çatların və ixtilafların artmasını göstərir. Bu vəziyyət isə meydandakı dəyişikliklər və Hələb müharibəsinin proseslərilə sıx bağlıdır.
Bu günlərdə Rusiya və ABŞ rəsmilərinin bir-birinə qarşı sərt mövqe göstərmələri və aradakı gərginliyin artmasının şahidiyik. Rusiya və Amerika tərəfindən icra edilən bir həftəlik atəşkəs razılaşması pozulduqdan sonra, bir tərəfdən Suriyada müharibə alovu daha da şiddətləndi, digər tərəfdən isə, Suriyanın qarışıq və çox şaxəli böhranı üzərində Moskva və Vaşinqtonun fikir ixtilafları daha da aşkar formada görünməyə başladı.
Son zamanlar Amerikanın bəzi rəsmiləri Dəməşq dövlətinə qarşı hərbi əməliyyatların icra edilməsi ehtimalı barədə xəbər verdilər ki, bu da Rusiyanın sərt reaksiyası ilə üzləşdi. Rusiyanın Müdafiə Nazirliyi Suriyanın dövlət qüvvələrinə qarşı ehtimal edilən istənilən hücum barədə xəbərdarlıq etdi və dedi ki, hər bir hücumun qarşısını almağa hazırdır. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov ölkəsinin Suriyada S-300 Raket Əleyhinə Müdafiə sistemləri yerləşdirdiyini bildirərək dedi: Vaşinqtondakı həmkarlarıma tövsiyə edirəm ki, Suriyaya hücum planının nəticələrini diqqətlə nəzərə alsınlar. Rusiyanın xəbərdarlığından az sonra, Amerikanın Xarici İşlər Nazirliyi açıqlama verdi ki, Rusiyanın mövqeyinə baxmayaraq, Suriya böhranı qarşısında qeyri-diplomatik seçimlər diqqətlə araşdırılmağa davam edəcək.
Bu yanaşmalar və sərt mövqelər araşdırıldıqda, iki ölkənin Suriya böhranı barədə ixtilafların dərinliyi və baxışların fasiləsinin artması açıq-aşkar görünür. Hər ötən gündə artan bu gərginlik Suriya böhranının həssas bir məqamda olmasını, sərt və həlledici döngəyə yaxınlaşmasını göstərir. Ona görə də, qarşıdurma tərəflərinin hər biri öz mövqeyini yaxşılaşdırmağa və meydan dəyişiklərində aparıcı olmağa çalışırlar.
Hazırda Rusiya və Amerikanın bu günlərdə kəşməkeş nöqtəsi də Hələb üzərindədir. Hələb döyüşü davam edir, pik nöqtəsindədir. Qarşıdurma tərəflərinin hədəfi də bu şəhəri nəzarətə götürməkdən ibarətdir. Suriaynın şimalındakı bu şəhər illərlə ölkənin iqtisadi mərkəzi olmuş, seçkin mövqeyə sahiblənmiş və Suriyanın bütün ticarət yolları gedib bu şəhərə dirənir. Dəməşq dövləti üçün Hələbi ələ keçirmək, Suriyanın şimalını və Türkiyə sərhədlərinə aparan yolları nəzarətə götürmək anlamındadır.
Hələb müxaliflər üçün də çox əhəmiyyət daşıyır. Bu şəhəri tamailə əldən vermək isə, Suriya torpağında ən mühüm bazanı itirmək anlamındadır. Hələbin dövlət qüvvələri tərəfindən ələ keçirilməsi nəticəsində, Dəməşqə müxalif silahlıların və terrorçuların Türkiyə sərhədləri vasitəsilə təmin olunan xarici əlaqə yolları tamamilə kəsiləcək. Xüsusilə, bəzi hesabatlara görə, silah daşımaları bu sərhədlər vasitəsilə həyata keçirilir.
Hazırda Suriya qüvvələri irəliləyişi davam etdirmək və Hələbi tamamilə ələ keçirmək istəyir, müxaliflər isə bu ölkənin ordusunun qələbələrini dayandırmaq istəyirlər. Son günlərdə Rusiyanın Hərbi Hava Qüvvələrinin dəstəyilə Suriya ordusunun irəliləməsi silahlı müxalifət və terrorçuların boğazının sıxılması deməkdir. Əlbəttə amerikalı rəsmiləri reaksiya verməyə məcbur edən də Rusiyanın rolu və rəsmi Moskvanın Suriyanın qanuni dövlətini tam formada müdafiə etməsidir. Onlar Palmira şəhərinin Rusiya HHQ-nin müvəffəq dəstəyilə Suriya ordusu tərəfindən azad edildiyinə şahid olduqdan sonra, indi Bəşər Əsədin qüvvələrinin Hələbi nəzarətə keçirməsini Rusiya qarşısında öz məğlubiyyətləri və regionda ruslar qarşısında nüfuzlarının itirilməsi kimi görürlər. Buna görə də, amerikalı rəsmilər Dəməşq hökumətinə müxalif cəbhəni gücləndirmək üçün hərbi variantdan istifadə etmək planını açıqladılar.
Deyilən bütün məsələlərə baxmayaraq, Hələb xalqının bu günlərdə olan məşəqqətli vəziyyətinə göz yummaq olmaz. Hələbdə insanların vəziyyəti olduqca xoşagəlməz xəbərlərlə əks edilir. Bu günlərdə bu şəhərin əhalisindən yüzlərlə şəxs həyatını itirmiş və ya yaralanmışdır. Şəhərin bəzi məntəqələrində su, qida və dərman kimi ilkin sosial imkanlar da sıfır həddindədir.
Suriya böhranında qarşıdurma tərəflərinin ixtilaf və toqquşmalarının şiddətlənməsi şübhəsiz olaraq, yalnız müharibə odunu alovlandırır. Bu odun tüstüsü müdafiəsiz xalqın gözünü çıxarır və həmçinin Suriyada sülhün görünməsini müəmmaya çevirir. Hal hazırda terrorçular dinc sakinlərə şəhərdən çıxmağa icazə vermir və onlarda canlı sipər kimi istifadə edirlər.
Bununla əlaqədar BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura Hələbdə qarşıdurmanın dayanması və dinc əhalinin canının təhlükəyə düşməməsi üçün "Fəth əş-Şam" cəbhəsindən öz qüvvələrini Hələbdən çıxarmasını istədi. Olduqca aydın məsələdir ki, De Misturanın mövqeyi müxaliflərin xoşuna gəlmədi və onları bu məsələyə reaksiya verməyə vadar etdi. Bu qruplaşmanın sözçüsü Hisam əş-Şafi`i bəyanat yayaraq BMT nümayəndəsinin təklifini rədd edərək bildirdi: De Mistura Hələbdə bombardmanı bir saat da dayandıra bilmədi. Onun açıqlamalrının bizim üçün heç bir dəyəri yoxdur.
Son söz budur ki, amerikalı rəsmilərin səsinin və sözünün dəyişməsinin və Suriya dövlət qüvvələrinə qarşı hərbi variantdan istifadə etməkdən danışması bunu göstərir ki, meydandakı dəyişiklər Amerikanın ziyanına və rəsmi Vaşinqtonun himayə etdiyi silahlı qruplaşmaların zərərinə cərəyan etməkdədir. Buna baxmayaraq, Barak Obama dövlətinin özünün son aylarında Suriyada hərbi addım atacağı və yeni qovluq açacağı gözlənilmir. Çünki yeni macəra axtarmaq Amerika seçkilərinin nəticəsini tamamilə öz kölgəsi altına ala bilər.


524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP