Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2016

Qərbin Suriyanı hədəf seçməsinin sirri – Əsəd açıqladı

Suriyada əsas hədəf Amerika hegemonluğunu dünya üzərində saxlamaqdır.

Bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib. Onun sözlərinə görə, Amerika bu hegemonluğu heç kimlə, hətta özünün Qərbdəki tərəfdaşları ilə də bölüşmək istəmir:

“Artıq Üçüncü Dünya müharibəsinin iyi gəlir. Qərb Suriyanı İran və Rusiyaya təzyiq üçün seçib. Buranın seçilməsinin digər səbəbi də ölkənin tarixidir. Bu torpaqlar uğrunda daim fironlarla hetlər savaşıblar. Suriyanı nəzarətdə saxlayan şəxs bütün Yaxın Şərqə nəzarət edəcək. Qərb heç vaxt bizim müstəqilliyimizlə barışmayacaq. Bu, təkcə bizə aid deyil. Qərb, ümumiyyətlə, heç bir ölkənin müstəqil olmasını istəmir”./axar/


476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP