Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2016

Sərnişin avtobusda yıxıldı - Bakıda

Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.

Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.

Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.


1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP