Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2016

Şeyxə arxadan zərbə - bu dəfə Qüdrət Həsənquliyevdən!























Azərbaycan Respublikasında İslam dini, xüsusilə Əhli-Beyt məktəbini səhnədən çıxarmaq istiqamətində təxribatlar davam edir. Din xadimlərini, dini simaları nüfuzdan salmaq bu layihələrdə əsas bənd olaraq qalır. Şeyxülislam Allahşükür Paşazadə bütün mənfilərinə baxmayaraq dinlə dövlət arasında dövlətin xeyirinə zəif körpü rolu oynayır. Paşazadə din xadimindən çox hakimiyyətin aparıcı fiqurlarındandır. Dəfələrlə hakimiyyətdaxili dartışmalarda Şeyxin də nüfuzu zərbə altında qalıb. Bu dəfə Şeyxə arxadan zərbə Qüdrət Həsənquliyevdən gəlib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib: “Xarici dövlətdə hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir. Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”!!
Sual yaranır. Azərbaycanda oğul və ata Əliyevlərə təzim ənənəsi olsa da, əl öpmək ənənəsi mövcud deyil. Ümumiyyətlə, ölkədə əl öpmək deyilən bir mövzu gündəmdə yoxdur. Əl öpmək daha çox Avropa gündəmində olan məsələdir. Roma Papası, Britaniya Kraliçası kimilərin əlini öpmək iftixar sayılır. Müsəlman dünyasında Allah övliyalarının, ata-ananın əlini öpərlər. Müsəlmanlar arasında əldən öpüş arxasında etiket yox, sevgi dayanır. Sevgi sərhəd tanımır, milli, konstitusion deyil.
İndi Qüdrət Həsənquliyev əldən öpüşə münasibətin birmənalı olmadığı ölkədə “Şeyxin əlindən öpün” deyir. Məqsəd aydındır: Şeyxi növbəti dəfə və daha ağır zərbə altında qoymaq, onu dindarların hiddət hədəfinə çevirmək.
Şeyx bu oyunu başa düşməmiş deyil və yaxın günlərdə Qüdrət Həsənquliyevə “cavab öpüşü” göndərəcəyi istisna edilmir.

Nur-az.com


2815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP