Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

15 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:



Bakıda və Abşeron yarımadasında

Oktyabrın 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Oktyabrın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.



Tibbi-meteoroloji proqnoz

Oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.


484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP