Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib

Suriyanın mühəndis qoşunları Hələbin köhnə mərkəzindən şərqdə tunel aşkarlayaraq, onun içində gizlənmiş 15-dən çox terrorçunu məhv ediblər.
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Mühəndislərə qaladan şərqdə terrorçuların tunelini aşkar etmək müvəffəq oldu. Tunel partladıldı və onuniçində gizlənmiş 15-dən çox döyüşçü öldürüldü", - deyə mənbə agentliyə bildirib.
Məlumata görə, terrorçular üç il boyunca Hələbin tarixi mərkəzindəki binaların arasında yeraltı tunellər qazırlar. Döyüşçülər yerin altında diversiyaların təşkili məqsədi ilə hökumət qoşunlarının arxasına çıxmağa çalışırlar.
Suriya ordusunun mühəndis qoşunları fasiləsiz rejimdə çalışaraq tunellərin üzə çıxarılması və onların məhv edilməsi tədbirlərini həyata keçirir.


376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP