Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

Üç ölkə gizli toplandı: Misir blokadaya alınır

Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin təhlükəsizlik və hərbi nümayəndələri bir həftə əvvəl Ər-Riyadda gizli toplantı keçiriblər.

Fələstinin “Əl Menar” jurnalı görüşdə əsas müzakirə mövzusunun Misir olduğunu bildirib.

“Bu görüşdə Misirin yeni mövqeyi müzakirə edilib. Toplantıda həmçinin bu ölkənin necə mühasirəyə alınması, onun iqtisadiyyatına necə zərər verilməsi analiz olunub”, - xəbərdə bildirilir.

Qeyd edək ki, son günlər Misirin Suriya ilə bağlı mövqeyi Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin etirazına səbəb olub. Misir rəhbərliyi, özəlliklə, Səudiyyə Ərəbistanını tənqid edərək, onların təhlükəsizliyinin Qahirədən asılı olduğunu açıqlayıb./axar/


430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP