Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

İranda terror aktları planlaşdıran şəxslər saxlanılıb

İranda keçirilən xüsusi əməliyyat nəticəsində terror planlaşdıran qrupun üzvləri həbs olunub.

Bunu İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

O bildirib ki, saxlanılan şəxslərin hamısı əcnəbidir. Nazirin sözlərinə görə, əməliyyat zamanı 100 kq partlayıcı maddə və silah-sursat müsadirə olunub.

“Əldə olunan sənədlər sübut edir ki, düşmənlərimiz ölkə daxilində məzhəb qarşıdurması yaratmağa cəhd göstərirlər. Amma onların planları xalqımızın ayıqlığı nəticəsində puç olub. Aşkar olunan partlayıcı maddə əzadarlıq mərasimlərində partladılmalı idi”.


315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP