Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2016

İraq və Suriya ərazisinə icazəsiz müdaxilə çox təhlükəlidir

Əcnəbi dövlətlərin İraq və Suriya ərazisinə icazəsiz müdaxiləsinin çox təhlükəli nəticələri ola bilər.

Bunu İran Prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında deyib.

“İraq və Suriya hökumətlərinin tələbi olarsa, hər hansı əcnəbi dövlət onların ərazisində terrorizmə qarşı mübarizə apara bilər. Bu şəkildə müdaxilə beynəxalq qaydalara uyğundur. Əks halda, bu addım bölgədə inamsızlığı artırar. İran olaraq xəbərdarlıq edirik ki, əcnəbi qüvvənin icazəsiz digər ölkənin ərazisinə müdaxilə etməsinin nəticəsi çox təhlükəli ola bilər”, - Ruhani bildirib.

Qeyd edək ki, İran lideri açıqlamasında heç bir ölkənin adını çəkməyib.


315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP