Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2016

Eldar Sabiroğlundan Rüstəm Usubova sərt etiraz

Eldar müəllim, indi bildin bir ömür kimlərə xidmət etmisən...

Keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu baş prokurorun birinci müavini Rüstəm Usubovun tanınmış vəkil Bəhruz Bayramovla bağlı Vəkillər Kollegiyasına müraciət etməsinə münasibət bildirib. Eldar Sabiroğlu facebook səhifəsində yazır:

“Rüfətin qanunsuz olaraq 9 il azadlıqdan məhrum edilməsi, deyəsən, kifayət etmir. Ona və vəkili Bəhruz Bayramova qarşı təxribatlar, uydurma ittihamlar davam etməkdədir. İndi vəkil Bəhruz Bayramov hədəfdədir. Respublika Baş Prokurorluğu adından Baş Prokurorun birinci müavini Rüstəm Usubovun vəkillər kollegiyasına müraciət etməsi və vəkil Bayramovun cəzalandırılması tələbi göstərir ki, bəzi dairələr məqsəd və niyyətlərindən əl çəkmək fikirində deyillər. Mən buna son dərəcə təəccüb edirəm. Qisascılığın, ədalətsizliyin də bir həddi olarmış. Görünür ki, bunlar üçün heç bir hədd yoxdur.

Xususi ilə Baş Prokurorluğun belə münasibəti hələ uzun sürəcəkdir. Onlar bununla nə istəyirlər? İstədiklərini artıq ediblər. Bəlkə bu azlıq təşkil edir? İnsan taleyi üzərində bu dərəcədə ağır sınaqlar keçirmək heç bir hüquq çərçivəsinə sığmır. Amma dayanmaq bilmirlər, sonuna qədər pisliklərini, intiqamçı hisslərini davam etdirməyi özlərinə rəva görürlər. Rüfətin hüquq sistemində ədalətsizliklərə etiraz olaraq atdığı addım və onun müdafiəsi üçün vəkili Bəhruz Bayramovun göstərdiyi prinsipial və qanunauyğun fəaliyyəti Baş Prokurorluğu möhkəm qıcıqlandırdığından vəkilin cəzalandırılmasına və onun peşə fəaliyyətinə xitam verilməsinə səbəb yaratmışdır. Bunula bağlı yeni üzə dirənənlərdən birini-vaxtı ilə prokurorluq orqanlarında çalışan, indi isə ABŞ-da mühacirətdə olan Adil Məmmədovu tapıb ortalığa çıxarıblar.

Güya ki, vəkil Bəhruz Bayramov ona təklif edib ki, Rüfətlə telefon danışıqlarına görə işdən azad edildiyi barədə bəyanat verərək Baş Prokurorluğun rəhbərliyini ittiham etsin. Büsbütün qurama bir işin qulpundan yapışıblar. Bəhruz Bayramovun indi bu şəkildə hədəfə gətirilməsi onu göstərir ki, vəkili fəal müdafiədən çəkindirsinlər, beləliklə, qanunsuz həbs edilmiş Rüfətin işini daha da mürəkkəbləşdirsinlər. Heç olmazsa başınızı qaldırıb bir Allahınıza baxın. Qanunları ayaq altına atıb əzdiyiniz bir yana, axı sizin də övladlarınız, balalarınız var. Baş Prokuroruluğun rəhbərliyi hərdən bu haqda da düşünməyə vaxt tapsın, insanları oyuncağa çevirib onların taleyi ilə az oynasın. Deməli, hökm əlinizdədir, hər şeyə getmək olar?! Onlar bu haqsız və ədalətsiz işləri ilə nəinki dövlətin başını uca etmir, əksinə dövlətə və onun bəyan etdiyi prinsiplərə kəskin zərbələr vururlar.

Vəkil Bəhruz Bayramov heç bir qanun pozuntusuna yol verməyib. Heç kimi də qanunsuz olaraq Rüfətin işinə cəlb etməyə cəhd göstərmiyib. Onu bu qondarma ittihamla fəaliyyətindən kənarlaşdırmaq sadəcə vicdani meyarlarla səsləşmir. Görünür, bu yaxınlarda Baş Prokurorun birinci müavini Rüstəm Usubovun BMT-də keçirilən tədbirlə əlaqədar ABŞ-a səfəri zamanı yəqin ki, də orada vaxtının müəyyən hissəsini Adil Məmmədovla görüşə sərf edərək ondan böhtançı bir kağız parçası almağa müvəffəq olub. Başqa necə fikirləşə bilərəm? Bəlkə də Adilə yeni vədlər verərək onu bu cür üzə dirənməyə razı salıb. Allah bilir. Amma fakt budur ki, növbəti qanunsuz əmələ imza atıblar”.


399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP