Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2016

500 kiloluq misirli qadının yaxınları kömək istəyir

Misirin Aleksandriya şəhərindəki bir ailə ictimaiyyətə və həkimlərə müraciət edib. Onlar müraciətlərində həddən artıq olan çəkisinə görə evdən çıxmayan qohumları İman Əhməd Abdulati üçün kömək istəyiblər.

36 yaşlı qadın 500 kilo ağırlığındadır. Əgər onu təcili əməliyyat etməsələr, ölə bilər. Xəbərdə həmçinin qeyd olunub ki, İman artıq 25 ildir ki, evdən bayıra çıxmır. O, heç vaxt təhsil müəssisələrinə getməyib, təhsil almayıb. Anası və bacısı ona qulluq etməyə çalışırlar. Uşaqlığında onda “fil xəstəliyi” olduğu deyilmişdi. Anası və bacısı Abdulatinin dediyinə görə, yeniyetməliyində onun durumuna təsir edən məqamlardan biri də atasının ölümü ilə bağlı yaşadığı stress olub. Onlar uzun müddət bu xəstəliyi nəzarət altında saxlamağa çalışıblar. Amma indi media vasitəsilə həkimlərə və ictimaiyyətə yardım üçün müraciət ediblər.

Ümumiyyətlə, bəşəriyyətin ən kök qadını ünvanı rəsmi olaraq ABŞ vətəndaşı Kerol Yaqerə məxsusdur. O, 1994-cü ildə 34 yaşında dünyasını dəyişib. Hazırda isə 36 yaşlı amerikalı Mayra Rozales 470 kiloluq çəkisi ilə dünyanın rəsmi olaraq ən kök qadınıdır. Amma misirli qızın 500 kilo olması göstərir ki, o, hazırda qeyri-rəsmi olaraq dünyanın ən kök qadınıdır.


418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP