Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2016

“Türk səfirini XİN-ə çağırmışıq”

Terrorizmlə mübarizə bəhanəsi ilə başqa ölkələrin suverenliyini pozmaq qəbuledilməzdir.

Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi söyləyib. O, həmçinin Türkiyənin İrandakı səfiri Rza Hakan Təkinin Xarici İşlər Nazirliyinə çağırılması iddialarına da cavab verib:

“Türkiyə səfiri keçən həftə nazirliyə çağırılıb. Onunla müxtəlif mövzularda müzakirə aparılıb. Türkiyə səfiri məlumatlı olduğu məsələlərdə suallarımızı cavablandırıb, digər məsələlərə isə Ankara ilə görüşdükdən sonra cavab verəcəyini bildirib”.

Qeyd edək ki, bundan öncə Türkiyə səfirinin İran XİN-nə çağırıldığı haqqında məlumat yayılsa da, sonradan bu, Türkiyə mətbuatı tərəfindən təkzib edilib.


387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP