Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

“Həşd Şəbi” İŞİD-in Mosuldan qaçmasını əngəlləmək üçün yeni əməliyyata hazırlaşır

İraq ordusunun tərkibində olan “Həşd Şəbi” kğnüllü qüvvələri İŞİD terrorçularının Mosuldan qaçaraq Suriyaya girməsini əngəlləmək üçün Mosuldan 50 km aralıda yerləşən Təlafər şəhərini geri almaq fikrində olduğunu bəyan edib. “Həşd Şabi” komandanlığı Təlafər şəhəri və ətrafındakı rayonları İŞİD terrorçularından azad etmək və terrorçuların Mosuldan Suriyaya keçməsinin qarşısını almaq məqsədilə “Əsaib Əhləl-Haqq” briqadalarına xüsusi tapşırıq verib. Bu barədə briqadanın sədri Cavad əl-Tuaybayi İraq mətbuatına açıqlama verib. Qeyd edək ki, şiə türkmanların sıx yaşadığı Təlafər şəhəri 2014-cü ilin iyun ayında İŞİD terrorçuları tərəfindən işğal edilib./eastnews/


452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP