Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

26 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 26-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Oktyabrın 26-da arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq.



Tibbi-meteoroloji proqnoz

Oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP