Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

Bakıda 120 şagirdin vaqonda dərs keçdiyi bəlli oldu

Azərbaycan paytaxtında 120 qaçqın övladının hələ də vaqon-kupelərdə dərs keçməsi gündəmə gəldi. “Yeni Müsavat”ın həmin məktəbdə (?) olmuş əməkdaşı yazır: “Dəmir vaqonların buz kimi soyuq sinif otaqlarında təhsil alan şagirdlər təsəvvür edin. Təsəvvür edilməsi belə çətin olan bu durumu Bakının Ramana qəsəbəsində məskunlaşan Qubadlı məktəbinin şagirdləri hər gün yaşayır. İllərdir ki, rayonun Xanlıq kənd orta məktəbinin şagirdləri bu vaqon-məktəbdə təhsil alırlar. Ünvanını çətinliklə tapdığımız vaqon-məktəb qəsəbənin mərkəzindən çox uzaqda yerləşir. Bəlkə də bu səbəbdən diqqətdən kənar qalıb... Vaqon-məktəbin həyəti gölməçə və kanalizasiya suları ilə dolub. Ətraf çirkab içindədir. Qəsəbənin bu məktəbə aparan yolları isə bərbad durumdadır. Şagirdlərin bu yollarda hansı çətinliklərlə dərsə gedib-gəldiyini anlamaq çətin deyil.


397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP