Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

ABŞ-da polis özbaşınalığı davam edir: daha iki nəfər öldürüldü

ABŞ-ın Merilend ştatının Elkton şəhərində polis əməkdaşları moteldə order təqdim etməyə cəhd edərkən iki nəfəri qətlə yetiriblər.

“Assoşieyted Press”in verdiyi xəbərə görə, insident “New Eastern Inn” motelində baş verib. Zabitlər qapılardan birini döyərək hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu bildiriblər.

Ştat polisinin rəsmi nümayəndəsi Qreq Şipli, otaqdan silahlı şəxsin çıxaraq, tapançanı polislərə tuşladığını bildirib. Bunu görən asayiş keşikçiləri silahlı şəxsə atəş açıblar. Bu zaman otaqdan silahlı qadın çıxıb və polislər onu da güllələməli olublar. Polislərdən xəsarət alan olmayıb./apa/


422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP