Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

İngilislər suriyalı uşaqları kölə kimi işlədilir

Dünyaca məşhur britaniyalı geyim istehsalçıları suriyalı qaçqın uşaqların əməyindən istifadə edir.

Bu barədə məlumat BBC-nin uzun araşdırmasından sonra üzə çıxıb.

Telekanal məşhur brendlərin Türkiyədə yerləşən fabriklərində gizli araşdırma aparıb. Məlum olub ki, müharibədən qaçıb gəlmiş minlərlə azyaşlı suriyalı cüzi maaş müqabilində bu fabriklərdə işlədilir.

“Marks ənd Spenser”, “Asos”, “Zara" və “Manqo” istehsal zəncirinə ciddi nəzarət etdiklərini bildirsə də, araşdırma zamanı uşaq əməyindən istifadə halları qeydə alınıb.

Telekanal “Marks and Spenser” şirkətinin Türkiyədəki əsas fabriklərindən birində 7 suriyalının işlədiyini aşkar edib. Qaçqınlar dəllallar vasitəsilə işə götürüldüklərini, gün ərzində 1 funt maaş aldıqlarını deyiblər.

15 yaşlı başqa bir suriyalı uşaq isə gün ərzində 12 saat çalışdığını bildirib.

“Marks and Spenser” şirkətinin nümayəndəsi telekanala açıqlamasında səslənən iddiaların çox ciddi olduğunu, şirkətdə çalışan bütün suriyalı qaçqınlara qanuni iş təklif olunacağını deyib.

“Mango” və “Zara” üçün cins paltarlar istehsal edilən fabriklərdə də suriyalı qaçqınların əməyindən istifadə olunur. Qaçqınlar daha çox cinsləri ağartmaq üçün istifadə olunan zərərli kimyəvi maddələrlə çalışırlar.

İstanbulda yerləşən başqa bir fabrikdə də analoji hal qeydə alınıb. Fabrikin sahibi müəssisənin “Next” firması üçün işlədiyini deyib. O, gizli reportyorlara fabrikdə tikilmiş “Next” markalı pijamaları da göstərib./axar/


305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP