Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

Heydər Əliyevin heykəlini yazdıqlarına görə 10 il həbs cəzası

Dünyada hələ indiyə kimi olmayan hadisələr Azərbaycanda zalım YAP tərəfindən icra olunur...

Qiyas İbrahimova 10 il həbs cəzası verildi

"Həbsimin əsl səbəbi ölkədəki dərəbəyliyə etiraz etməyimdi"

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun məhkəmə prosesi yekunlaşıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda vəkil Elçin Sadıqov müdafiə nitqi ilə çıxış etməyib. O, çıxışını yazılı şəkildə məhkəməyə təqdim edib. Bildirib ki, nə desə də mənası yoxdur.

Daha sonra Q. İbrahimov son sözlə çıxış edib. Deyib ki, ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlayıb, lakin əlindən alıblar:
"Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsl səbəbi mənim bu ölkədəki dərəbəyliyə, sistemə sivil şəkildə, gənc tələbə olaraq etiraz etməyimdi. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunları ilə köləliyi azadlıq kimi göstərməyə çalışır. Sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Yazılmış qanunları pozanda isə cəzasız qala bilərsən. Yazılmamış qanunları pozanda adamları şərləyirlər. Heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyim həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir, "öz babanın qəbrinə yazardın", - deyirlər. Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı? Alçaqlığın hansısa pilləsində yer tutmuş polis rəisi bizə yer süpürtdürür. Ancaq bu məxluq qanmır ki, biz bununla alçalmırıq. Biz həbsxanaya girməyi gözə alanlarıq. Biz onda alçalırıq ki, oturduğu kresloda kök salanlar, "şah mənəm", - deyənlər, Mirqafarlar səngərdə şəhid olan əsgər analarını sürüyür".

Q. İbrahimin son sözü zalda alqışla qarşılanıb. Buna görə, o, zaldan çıxarılıb və hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Bu zaman Q. İbrahimov zalda olmayıb. Hökmə əsasən, Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda prokuror çıxış edərək onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Gənc fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Onların cinayət işləri ayrı icraatlara verilib. Bayram Məmmədovun işi üzrə məhkəmə prosesi hələlik başlamayıb. Onların heç biri özünü təqsirli bilmirlər və Heydər Əliyevin heykəlini yazdıqlarına görə, şərlənib həbs edildiklərini, istintaq zamanı işgəncələrə məruz qaldıqlarını bildirilər.


405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP