Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2016

İlham Əliyevin 13 milyon ayırdığı yol belə çökdü

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Bu barədə məlumatı salamnews yayıb.

Bildirilir ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

Məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.

“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, İlham Əliyev bu yolun çəkilişinə 2013-cü ildə 2 milyon, 2014-cü ildə 6 milyon 100 min, 2015-ci ildə 3 milyon, 2016-cı ildə isə 2 milyon 100 min manat vəsait ayırıb. Beləliklə, dağılmış yola üst-üstə 13 milyon 200 min manat pul ayrılıb. Həticə isə göz qabağındadır.


365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP