Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

Venesuelada toqquşmalar: ölən və yaralananlar var

Venesuelanın Miranda ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 1 polis əməkdaşı ölüb, daha 2-si yaralanıb.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.

Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.

Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. “Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb./apa/


517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP