Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

Qul olmaq günün mübarək Ənvər Seyidov…

Bütpərəstlərin qisası və ya qul olmaq günün mübarək Ənvər Seyidov…

Yazı müəllifin facebook səhifəsindən götürülüb.

Həftənin 1-ci günü Ənvər Seyidov Ağır Cinayətlər məhkəməsinin binasında “Nardaran işi” üzrə proses gedən zala daxil olaraq orda saxta ittihamlarla təqsirli bilinən 18 nəfərə deyib ki, hər şey yaxşı olacaq, hamınızı buraxacaqlar. Taleh Bağırzadə də buna qarşılıq olaraq deyib ki, bizə qarışma, Qiyasa düz hökm oxu, bəsdir.
Bundan cəmi bir gün sonra həmin bu hakim adlanan adam Qiyasa prokuror 9 il istəməsinə baxmayaraq, 10 il iş verdi.
Ənvər Seyidovun düzgünlük anlayışı nədir, necədir, bunu dartışmaq niyyətimiz yoxdur. Onun indiyə qədər altına imza atdığı ədalətsiz hökmlərin siyahısına göz atanda hər şey özlüyündə bəlli olur. Amma onun zala daxil olaraq bu sözləri deyib bir gün sonra belə ədalətsiz qərar verməsini necə izah etmək olar?
Əgər məsələyə idealistcəsinə yanaşsaq, özümüzü onu düşünməyə məcbur edə bilərik ki, Ənvər Seyidov mahiyyətdə hər şeyi bildiyi kimi, hardasa balaca bir qoru qalmış vicdanı qarşısında bu sözləri deməklə hər şeyi itirmədiyini özünə sübut etməyə çalışıb.
Təbii, bu Azərbaycan məhkəmə sisteminin reallıqlarına uyğun gəlmir, daha çox bir yazarın ən yaramaz obrazda insanlıq axtarışının nəticəsini xatırladır.
İkinci ehtimal o ola bilər ki, Ənvər Seyidov öz aləmində Nardaran məhbuslarına iztehza edib. Bu ölkə reallığına və hər kəsin olduğu yerdə özünü bir şey zənn etməsi psixologiyasına daha uyğundur.
Amma burda da yenə alınmayıb. Çünki mahiyyətdə istehza obyekti olmaq üçün onun obrazı və həyatı, olmaq istədiyi ilə olduğu arasındakı fərq ironiya etmək üçün daha yararlıdır. Roman müəllifi, kitabı “İlin kitabı” elan olunmuş, filologiya fakultəsinə girmək istəyib özünü təsadüf nəticəsində Hüququ fakultəsində tapan bir insanın keçdiyi yola baxanda rişxənd etməmək mümkün deyil. Adam ədəbiyyatçı, yazar olmaq istəyərkən sifarişlə hökm oxuyan hakimə çevrilib.
Hardan hara?!
Yəqin ki, yazar olub tarixə adını yazmaq istəyirmiş.
Nə qədər ironik?
Amma hələ gec deyil, Ənvər Seyidov, yaxşı olacaq, ümidinizi itirməyin, oxuduğunuz ədalətsiz hökmlərin siyahısıni tutub bir kitab hazırlayın, əmin olun, Azərbaycan tarixindəki yerinizi təmin edə bilərsiniz.
Heç ədəbiyyatda da hamı Hüseyin Cavid deyil. Süleyman Rüstəm kimiləri də çoxdur və onunla eyni sıranı paylaşmaq məncə sizə qayət də yaraşar.
Fərqi nədir? Ha ədəbiyyatda Süleyman Rüstəm olmaq, ha hüquq sistemində Trotiski…
P.S

Ənvər Seyidov əslində, keçən gün bir şeyi təsdiq etdi. Qiyas düz yazıbmış, o üç kəliməlik cümlə də çox qulları qəzəbləndirib. Hakim özünü də görüb o cümlədə və bu sadəcə, Qiyasın həbs olunması deyildi, mahiyyətdə bütpərəstlərin qisası idi…
Ənvər Seyidovun doğum tarixini bilmirəm, amma onun daha bir doğuluş günü oldu və yəqin ki o gün, oktyabr ayının 25- də onu hər dəfə xatırlayanlar hakimə xəyali də olsa belə bir “təbrik” ünvanlayacaq.
Qul olmaq günün mübarək Ənvər Seyidov…
Son olaraq… Nə yaxşı ki, Tanrı bu fürsəti yaratdı və siz sona qədər kimliyinizi və “istedadınızı” ortaya qoya bildiniz. Yoxsa, tarix daha bir Trotskini itirmiş olacaqdı.

Zümrüd Yağmur /azadliq


476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP