Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

51 yaşlı kişi qadını öldürdü, sonra...

Bakıda qətl hadisəsi törədilib.

Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti Binə qəsəbəsində tapılıb. Yerli sakinlər dəmiryol stansiyasının yaxınlığında qadın meyiti tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Əraziyə baxış keçirən polis və prokurorluq əməkdaşları qətlə yetirilənin 45 yaşlı İlhamə Eynulla qızı Talıbova olduğunu müəyyənləşdiriblər. Ekspertlər qadının üzərində 13 bıçaq yarası müəyyən ediblər. Qətlin Suraxanı rayonu ərazisində törədildiyi də məlum olub.

Daha sonra əməliyyatçılar qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşərək, axtarışlara başlayıblar. Məlum olub ki, qətli törədən şəxs Nardaran sakini, 51 yaşlı Azər Şəmsəddin oğlu Ağayevdir. İlhamə Talıbova və Azər Ağayev arasında sevgi münasibətləri olub.

Polis əməkdaşları Azər Ağayevi ğır vəziyyətdə şəhər xəstəxanalarından birində tapıblar. O, ağır yol qəzası nəticəsində aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Xəstəxanada dindirilən Ağayev qeyr-rəsmi nikahda yaşadığı İlhamə Talıbovanın meyitini atdıqdan sonra avtomobillə oradan uzaqlaşdığını və yolda qəzaya düşdüyünü bildirib.

Saxlanılan Azər Ağayev ifadəsində İlhamə Talıbovanı qısqanclıq zəminində öldürdüyünü bildirib./apa/


534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP