Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

“Nardaran işi”: İfadəsindən imtina edən şahidlər saxlanıldı

26 oktyabrda Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə keçirilən məhkəmə prosesinə şahid kimi dəvət olunan şəxslər saxlanılıb. Onlar Sabunçu Rayon Polis İdaərəsinin aparılıblar.

Bu haqda “Azadlıq”a vəkil Yalçın İmanov Məlumat verib. Vəkilin sözlərinə görə, onlardan 8 nəfəri axşam saatlarında sərbəst buraxılsa da, prosedə şahid kimi dindirilən və ilkin istintaqa verdiyi ifadələrdən imtina edən iki şahid, Abbasov Valeh Gancalı oğlu və Babayev Samir Abdulxaliq oğlu hələ də polisdə saxlanılır.

Vəkilin bildirdiyinə görə, şahidlər ifadə verdiyi zaman Sabuncu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları məhkəmə zalında olub və şahidləri izləyiblər.


597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP