Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

Eldar Mahmudovu qoruyan sirr

Bu miqyasda cinayətlər Akif Çovdarovun özfəaliyyəti ola bilərmi?
Azərbaycanda hüququn ayaqlar altında süründüyü hamıya bəlli olan faktdır. Amma MTN-də baş verənlərdən sonra təsdiqləndi ki, bu xalqın, bu dövlətin taleyi təhlükədədir. Məlum oldu ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan qurum dövlət üçün ən böyük təhlükəymiş. Sonrakı mərhələdə isə daha dəhşətli faktlar üzə çıxdı və bu proses davam edir.
Məsələn, həbsdə olan MTN generalı Akif Çovdarov məhkəmədə ağır ittihamlar səsləndirir, agentura şəbkəsini ifşa edəcəyini bildirir. Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə bildirir ki, istintaq materialları arasında Eldar Mahmudovun ifadəsi yoxdur.
Məsələ burasındadır ki, MTN işi ilə bağlı üzə çıxan faktlar, səsləndirilən ittihamalr birbaşa Eldar Mahmudovu hədəf göstərir. Bu iş üzrə 200-dən artıq zərərçəkən var və zərərçəkənlərlə bağlı üzə çıxan faktların böyük əksəriyyəti Eldar Mahmudovla bağlıdır.
Bəli, ortada bu qədər dəhşətli faktlar var, bu cinayət faktları ictimailəşir, amma aidiyyatı qurumlar lazım olan addımı ata bilmir. Necə ola bilər ki, bu qədər faktların, ittihmaların olmasına baxmayaraq, Eldar Mahmudovun ifadəsi tapılmır? Bu necə istintaq əməliyyatıdır ki, iş üzrə adı hallanan əsas adama güldən ağır söz deyən yoxdur?
Onlarla sahibkar şantaj olunub, adamlardan külli miqdarda pullar alınıb və ifadə verənlərin dediklərindən də aydın olur ki, baş verənlər kiminsə özfəailiyyəti olmayıb.
Belə çıxır ki, Eldar Mahmudov ən yüksək səviyyədə himayə olunur. Yaxud, hökumət Eldar Mahmudovun kompramatlarından qorxduğuna görə, onu qorumaq məcburiyyətindədir. İstənilən halda tərcümeyi-halı təmiz olan hökumət, bu qədər dəhşətli faktlardan sonra kimisə məsuliyyətdən kənarda saxlamağa cəhd etməzdi.
Məhkəmə, prokuroluq, polis o qədər dişsiz quruma çevrilib ki, yuxarının göstərişi gəlmədən laızmi addımları ata bilmirlər. Amma bir müxalifətçi başqa birinə şillə vursa, bütün sistem gücləndirilmiş iş rejiminə keçər. Yaxud, hansısa müxalifət funksionerinin fəaliyyətində 1 manat vergidən yayınma müşahidə olunsa, həmin adam ən ağır həbs cəzası verilər.
Faktiki olaraq bütün siyasi-kriminal işlərdə Eldar Mahmudovun adı hallanır. Yəqin ki, dünya tarixi belə rüsvayçı mənzərəyə şahidlik etməyib. Telekanallar, mətbuat, hətta hökumət nümayəndələri Eldar Mahmudovun cinayət əməllərindən danışır, amma bu adamı istintaqa cəlb etməyə heç kimin cəsarəti çatmır.
Nə qədər ki, istintaq prosesində şəffaflıq yoxdur, nə qədər ki, Eldar Mahmudov gizli əl tərəfindən himayə edilir, o zamana qədər də ədalət bərqərar olmayacaq.
Akif Çovdarov deyir ki, məni öldürmək istəyirlər, yaxud agentura şəbəkəsini ifşa etməklə hədələyir. Əlbəttə ki, bütün bunlar mümkündür. Nə qədər ki, Eldar Mahmudovları müdafiə edənlər var, nə qədər ki, MTN işinin obyektiv sonuclanmasını istəməyənlər var, kiminsə öldürülməsi, həbsdə olan adamların təhdid diliylə danışması da mümkündür. Açıq görünür ki, Akif Çovdarov qaniçən bir general olub və dəhşətli cinayətlər törədib. Amma bu da açıq görünür ki, qaniçənlər öz iradələri ilə, öz ssenariləri ilə hərəkət etməyiblər və kimlərinsə sifarişini yerinə yetiriblər.
Əgər belə deyilsə, hökumət ortaya iradə qoysun, MTN işinin şəffaf araşdırılmasına şərait yaradılsın./azadlıq/


572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP