Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2016

Nardaranda həbs edilən Etibar İsmayılovun müraciəti yayıldı

"Nə qədər ki, bu zalımlar hakimiyyətdədir, Qarabağ qayıtmayacaq"

Nardaran hadisələrində təqsirləndirilən Etibar İsmayılov xalqa müraciət edib. Müraciətin mətni Meydan TV-yə daxil olub.

Qarabağ müharibəsi veteranı olan Etibar İsmayılov müraciətində qeyd edib ki, son zamanlar Azərbaycanda baş verən hadisələrdən görünür ki, ölkə uçuruma gedir:

"Bir qrup zalım şah rejimi yaradaraq millətin əl-qolunu bağlayıb uçuruma aparır. Dünyaya isə ölkədə ədalət və demokratiya olduğunu deyirlər. Cəmiyyət buna aldanaraq onlara susmaları ilə dəstək verir. O qədər mənəvi və fiziki işgəncə verirlər ki, millət bunu görüb susmaq məcburiyyətində qalır. Repressiyalar, haqsızlıq, ədalətsizlik, xalqın haqqının tapdalanması, büdcənin talan edilməsi, seçkilərin saxtalaşdırılması xalqın azad səs verməsinin qarşısını alır. Bu cür çirkin əməlləri bəs deyilmiş kimi islam dininə də sataşırlar. Hicabla başlayan mübarizə Aşura ilə davam etdi. Hakimiyyətin Yezid və Yezid xislətli adamlar tərəfindən idarə olunması üzə çıxır".

Müraciətdə daha sonra deyilir:

"Ötən il noyabrın 26-da Nardaranda kiçik Kərbala hadisəsi baş verdi. Yezidin ordusu namaz qıldığımız yerdə bizə hücum edib güllə-baran etdi. Ana-bacılarımıza, uşaqlarımıza atəş açdılar. Maşında bizə ağlagəlməz işgəncələr verdilər.

Bunlar Qarabağda erməniyə bir güllə atmırlar, amma Nardarana top-tüfənglə gəlirlər. Mən Qarabağ veteranıyam. Yaşlı olsam da, Qarabağ uğrunda döyüşməyə hazıram. Amma nə qədər ki, bu zalımlar hakimiyyətdədir, Qarabağ qayıtmayacaq. Çünki Qarabağ bunların vecinə deyil. Nə qədər ki, zalım şahlar var olacaq, İmam Hüseyn də var olacaq. Allah Azərbaycan xalqını bu cür sınağa çəkir".


515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP