Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2016

Çin kəşfiyyatı Pentaqonun gizli planlarını ifşa edib

Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq, Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarının üstünü açmağa nail olublar.
Bu barədə “Washington Free Beacon” nəşri Konqres komissiyasının hesabatına istinadən məlumat yayıb.

Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.
Pentaqon nümayəndələri qeyd edirlər ki, ən səs-küylü casus qalmaqalı USPACOM-un polkovnik-leytenantı Benjamuin Purs Bişopla bağlı olub. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.
USPACOM-un bir neçə vəzifəli şəxsinin Çin kəşfiyyatına işlədiyi bildirilib.
Hesabata əsasən, FTB IT şöbəsinin əməkdaşı Kun Şan Co Çun ABŞ-ın müşahidə sahəsindəki yeni texnologiyaları barədə məlumatların Çin tərəfinə ötürdüyünü etiraf edib: “Onların əldə etdikləri məlumatlar arasında 5,6 mln. barmaq izləri var. Onların vasitəsi ilə ABŞ kəşfiyyatına çalışan casusları identifikasiya etmək mümkündür”./apa/


351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP