Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2016

Taksi sürücüsü müştərisini bıçaqladı - Gəncədə

Gəncə şəhərində bıçaqlanma olub. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Ramin Namazov naməlum şəraitdə bıçaqlanıb.

Ramin Namazov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər onun döş qəfəsindən bıçaq xəsarəti aldığını bildiriblər.

Hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılan Ramin Namazovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Ramin Namazov taksi sürücüsü tərəfindən bıçaqlanıb. Gecə saatlarında taksiyə əyləşən Ramin Namazov avtomobili getdiyi ünvana sürdürüb. Mənzil başında Ramin Namazov taksi sürücüsünün istədiyi pulu verməyib.

Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı taksi sürücüsü Ramin Namazovu bıçaqlayaraq hadisə yerindən qaçıb./teleqraf/


415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP