Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2016

Türkiyədə qaz kəməri partladıldı

Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıt rayonundan keçən qaz kəmərində partlayış olub.

Hadisə yerli vaxtla saat 21 radələrində qeydə alınıb.

Məlumata görə, güclü partlayışdan sonra başlayan yanğın böyük bir ərazini əhatə edib. Bölgəyə çox sayda polis cəlb edilib. Partlayış səsləri hadisə yerindən xeyli uzaqda yerləşən yaşayış məskənlərində də aydın eşidilib.

Hazırda alovun uzaq məsafədən rahatlıqla göründüyü bildirilir. Yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, analoji hadisələr Türkiyənin bu bölgəsində əvvəllər də baş verib. Partlayışın PKK tərəfindən törədildiyi istisna edilmir./apa/


432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP