Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2016

Ayətullah Xamenei: "Yəmən xalqının Səudiyyə rejimi tərəfindən qətliamı terrorizmin ən pisidir!"

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei terrorizmin bəşəriyyətin ən ağrılı müsibətlərindən olduğunu deyərək, Yəmən xalqının kütləvi qətliam edilməsinin terrorizmin ən pisi olduğunu bildirib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Finlandiyanın prezidenti Sauli Ninistonu qəbul edən Ayətullah Xamenei belə danışıb: "Terrorizmə qarşı mübarizə beynəlxalq aləmdə təsiri olan hər kəsin ciddi iradəsini tələb edir, dünya aydınları, hökumətləri bu hadisənin həlli üçün düşünüb həll tapmalıdırlar".
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ və bəzi hökumətlərin terrorla mübarizə məsələsindəki iddialarının ciddi olmadığını və onların bütün məsələləri öz maraqları çərçivəsində nəzərə aldıqlarını, istər İraq və istərsə də, Suriyada, terrorizm xəstəliyinin məhv edilməsini düşünmədiklərini deyib: "Terrorizm təkcə qeyri-rəsmi təşkilatların aktlarından ibarət deyil. Əksinə Səudiyyə rejiminin Yəməndə cənazə mərasiminə qarşı keçirdiyi hücumda yüzlərlə insanın həlak olması və yaralanması kimi, bir sıra rəhbərliklərin xalq kütlələrinə qarşı qətliamları da terrorizmin ən pis nümunəsidir. Təəssüf ki, bu hadisənin üstündən 1 il 7 aylıq bir müddətin keçməsinə baxmayaraq, bunun qarşısının alınması üçün ciddi hər hansı bir iradə ortaya qoyulmamışdır".
İranın Suriya siyasətinin məntiqli olduğunu deyən li dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, bunun Suriya xalqı və qanuni rəhbərliyinə dəstəyi istiqamətində qiymətləndirildiyini deyib: "Amerika və bəzi dövlətlər Suriyada hökumətin dəyişməli olduğunu təklif edir. Halbuki bir müharibəyə son qoymaq üçün həmin müharibəni başladan cinayətkarlar müəyyən edilməlidir".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei açıqlamsında, Səddam rejiminin İrana qarşı başlatdığı müharibədə BMT-nin müharibəni başladan tərəf olmasına məhəl qoymaması, İran-İraq müharibəsinin uzanmasına səbəb olduğunu xatırladıb: "Əlbəttə təcavüzkarcasına başladılan müharibədən bir neçə il sonra, dövrün cəsarətli və vicdanlı BMT baş katibi, Səddamın müharibəni başladan tərəf olduğunu elan etdi".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu baxımdan BMT-nin hazırki baş katibinin mövqeyini tənqid edib: "BMT baş katibi Səudiyyə rəhbərliyinin puluna bağlı olduğu üçün yəmənli uşaqların qətlə yetirilməsini qınaya bilməyəcəklərini aydın şəkildə dilə gətirib. Bu məsələ dünyadakı bəzi siyasətçilərin əxlaqının nə qədər səviyyəsizləşdiyini göstərir. BMT-nin növbəti baş katibinin müstəqil olma baxımından öz mövqeyini qorumasını arzu edirik".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei həmçinin İranla Finlandiya arasında əməkdaşlığın artmasına müsbət yanaşdığını deyib. Ali dini rəhbər hər iki hökumət arasında imzalanmış prinsip razılaşmalarının həyata keçməsinin lazım olduğunu deyib və onların həyata keçirilməməsinin xalqın içərisində pis təəssürat yaradacağını bildirib.

İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Finlandiya prezidenti Sauli Ninisto Tehrana səfərindən məmnun olduğunu dilə gətirərək, müxtəlif sahələrdə 4 prinsip razılaşmasını imzalandığını və iki ölkə ticarət heyətlərinin görüşlərində də gözəl addımların atıldığını deyib.

Sauli Ninisto dünyada son 10 il ərzindəki proseslərə, terrorizmin yayılmasına toxunaraq, dünyanın mövcud vəziyyətini böhranlı kimi qiymətləndirib. O, terrorizmin hazırda daha böyük miqyasda ortaya çıxdığını, bir çox insanın bədbəxt olmasına səbəb olduğunu, bu gün İraq, Suriya və Yəməndə saysız-hesabsız uşaq və ananın qətliam edildiyini söyləyib.

Terrorizmlə bağlı Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin fikirlərini təsdiqləyən Finlandiya prezidenti, hökumətlərin və BMT-nin terrorizmə nəzarətdə və mübarizəsində müvəffəqiyyətli ola bilmədiyini deyib. Finlandiya prezidenti, həmçinin İranın regiondakı mövqeyinə, nüfuzuna və terrorizmlə mübarizədəki fəal roluna toxunaraq, İranın terrorizmin kökünü kəsmək üçün maksimum səy göstərdiyini və bu mübarizəni davam etdirəcəyi məsələsində də əmin olduğunu söyləyib.


416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP