Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2016

ABŞ mətbuatı: “Bütün Səudiyyənin Qasım Süleymanı kimi generalı yoxdur”

Amerikanın “Al-Monitor” saytı İranın bölgədə ən çox nüfuza sahib olan ölkə olduğunu yazıb.

Məqalədə daha sonra Yaxın Şərqdə gedən döyüşlərə toxunaraq bu arenada İranın Səudiyyə Ərəbistanını məhv etdiyini yazıblar.

Məqalədə bu gün Yaxın Şərqdə baş verənləri vaxtilə İraqın Səudiyyə Ərəbistanının təhriki ilə İrana qarşı 8 illik müharibəsində neftin oynadığı çirkli oyunların davamı kimi dəyərləndiriblər: “İraq İran müharibəsində Səudiyyə Ərəbistanı Bağdada milyardlarla dollar yardım etdi. Əgər bu müharibədə Səudiyyə yardım etməsydi İraq İranın qarşısında tab gətirməyib çökəcəkdi.

O zaman ərəb kralı eynı zamanda diğər körfəz ölkələrini də İran-İraq savaşında Səddama yardım etməyə təhrik edirdi”.

Sayt yazır ki, İranın Hizbullah ordusu və Rusiyanın Suriya hökumtinə yardım etməsi Səudiyyənin Suriyadakı gözləntilərini alt-üst etdi. Bu gün bu yardımın sayəsində Bəşər Əsəd daha güclü bir qorunmaya sahibdi: “Eyni zamanda Hizbullah Riyad üçün bir problem mərkəzinə çevrilib. Çünki Hizbullahın Suriya və Livandakı uğurları Ərəbistanın mənfəətlərini itirməsinə səbəb oldu.

Hizbullahın Yəməndə Ənsərullaha verdiyi məsləhətlər də Səudiyyəyə sıxıntı yaşadan digər problemdir”.

Məqalədə ABŞ-ın sabiq prezidenti Corc Buşun İraqdakı siyasi macərapərəstliyinin Səudiyyə və ABŞ üçün çox dərin problemlər yaratdığı da qeyd edilir.

“Al-Monitor” daha sonra İranın İnqilab Mühafizəçiləri Ordusunun dünyada qazandığı nüfuza toxunaraq qeyd edir: “Eyni zamanda Səudiyyənin İranın İnqilab Mühafizəçiləri Ordusu kimi qüdrətli ordusu və Qasım Süleymani kimi generalı yoxdur”./vetenugrunda/


387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
Go to TOP