Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2016

Ərbəin zəvvarlarının təhlükəsizliyini 24 min xüsusi təyinatlı təmin edəcək

24 mindən çox xüsusi təyinatlı qüvvə Ərbəin zəvvarlarının təhlükəsizliyini qoruyacaq. Bunu Kərbəlada İmam Hüseynin (ə) hərəminin təhlükəsizliyini və Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizliyi qoruyacaq "əl-Fərat əl-Əvsət" qüvvələrinin əməliyyat rəhbəri Qeys əl-Məhmədavi deyib.

İQNA xəbər verir ki, Q. əl-Məhmədavi deyib ki, bəzi yerlərdə yoxlama məntəqələrində təhlükəsizlik tədbirlərinə görə dəyişikliklər icra olunub. "Beləki Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə könüllü qüvvələrdən nəzarət, identifikasiya və yoxlamalarda istifadə olunacaq. Bunlara kömək məqsədi ilə xalq könüllüləri də qoşulacaq."

Q.əl-Məhmədavi deyib ki, bu il Ərbəin mərasiminin təhlükəsizlik planı keçən illərdəkindən həm şərait və həm də zamanlama cəhətindən fərqlidir və bu il İŞİD terroristlərinin ehtimal olunan hücumlarının qarşısını almaq planı daha çox əhəmiyyət daşıyır. "Buna görə də müdafiə nazirliyi bu məsələ ilə əlaqədar 24 mindən çox xüsusi təyinatlı qüvvəyə Ərbəin zəvvarlarının təhlükəsizliyini qorumaq tapşırıqı verib. Və mən əminəm ki, təhlükəsizlik qüvvələri hazırda Kərbəla əyalətinin bütün bölgələrində nəzarəti ələ alıblar. Həmçinin hərbi hava qüvvələri də əyalətdə və xüsusilə də əyalətin sərhəd bölgələrində zəvvarların təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq edirlər".

İraq təhlükəsizlik mənbələri ötən ilin Ərbəin mərasimində 17 milyon zəvvarın Kərbəlaya üz tutduğunu demişdilər. Bu il rəqəmin 20 milyonu keçəcəyi ehtimal edilir./maide/


375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP