Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2016

Qəzan mübarək olsun dəyərli Elşən Mustafaoğlu

Bu gün ilahiyyatçı Elşən Mustafaoğlunun doğum günüdür.

Şərlənərək həbsdə olan ilahiyyatçı Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və 2014-cü ilin əvvəllərində ölkəyə qayıdıb. Qayıdandan bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı.

1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.

10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşı olub.

Həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışıb.

2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatoru olub.

2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib.

2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Onu həbs edənlər (ləğv edilmiş MTN) hazırda törətdikləri dəhşətli cinayətlərə görə həbsdə olsalar da, bəlli olmayan səbəblər ucbatından dürüstlüyü, əxlaqı ilə cəmiyyətə nümunə olan Elşən Mustafaoğlunun azadlığa çıxması müşkülə çevrilib./vetenugrunda/


411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP