Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2016

Azərbaycanlıların ölüm səbəbi - dəhşət saçan statistika

Hər il mindən çox insanı səhlənkarlıq üzündən itiririk...

Ölkədə hər fəslin özünəməxsus ölüm səbəbləri var. İnsanlarımız yayda dənizdə boğulur, qışda dəm qazında. Həmçinin yol qəzalarında, ailə münaqişələrində də xeyli itkilər veririk.

Bu dəhşət saçan statistikaya nəzər saldıqda, məsələnin nə qədər ciddi olduğunu anlamaq mümkündür...

Dəm qazından boğulma halları


İnsanların ölümünə səbəb olan hallardan biri dəm qazından zəhərlənmədir. Qarşıdan qış fəsli gəlir və artıq dəm qazından zəhərlənmə, boğulma halları ilə bağlı mətbuatda xəbər axını başlayıb. Azərbaycanda hər il qış aylarında dəm qazından xeyli sayda insan dünyasını dəyişir. İlk olaraq onu qeyd edək ki, dəm qazı zəhərlənməsi bir qrup qazın; radon, metan, gözyaşı, karbonmonoksit, xardal və təbii qazların istənmədən və ya zərərli tənəffüsü nəticəsində meydana gəlir. Karbonmonoksid qazına məruz qaldıqda qandakı hemoqlabinin 20%-i karboksihemoglobine çevrildiyi üçün baş gicəllənməsi və baş ağrısı ilə başlayan ilkin əlamətlər özünü göstərir.

Nisbət 50% olanda huş itirilir, 60-70% nisbətində isə artıq ölüm gerçəkləşir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin lent.az-a açıqlamasına görə, ötən ay ərzində (oktyabr) dəm qazı zəhərlənməsi ilə bağlı ümumilikdə 53 çağırış daxil olub. Onlardan 38 nəfər xəstəxanaya yerləşdirilib. Bu rəqəm getdikcə artır. Eyni zamanda nəzərə alaq ki, bu hələ Bakıya aid statistikadır. Bölgələrdə də dəm qazından zəhərlənənlərin sayı kifayət qədərdir.

Yol qəzaları nəticəsində ölümlər


Azərbaycanda avtomobil qəzaları nəticəsində də dünyasını dəyişənlərin sayı kifayət qədərdir. Hətta demək olar ki, bu rəqəmlər fantastik həddədir. Xüsusilə də bu ilin avqust ayında təxminən hər iki gündən bir ölümlə nəticələnən yol qəzası baş verdi. Baş Dövlət Yol Polisi İdarəsinin yol qəzaları ilə bağlı yaydığı məlumata görə, 2016-cı ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. Lakin məlumatda o da qeyd olunur ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində isə ümumilikdə 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 138 nəfər həlak olub, 515 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

Qəzalarda ölənlərin sayı ötən illərlə müqayisədə azalsa da, göründüyü kimi, yenə də qənaətbəxş sayılmaz.

Ölkədə son zamanlar ailə-məişət münaqişəsi zəminində baş verən hadisələr nəticəsində ölənlərin sayı az deyil. Belə ki, son aylar mediadan da göründüyü kimi, ailə-məişət zəminində baş verən münaqişələr nəticəsində xüsusilə kişilərin xanımlarını öldürməsi halları xeyli artıb.

Bu statistikaya da nəzər salsaq, dəhşətli rəqəmlərin şahidi ola bilərik. Belə ki, rəsmi statistikaya görə, bu ilin 9 ayı ərzində qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Cinayətlərin hər səkkizindən biri ailə-məişət münaqişəsi zəminində baş verib.

Azərbaycanlıların il ərzində ölüm səbəbi bununla da bitmir. İl ərzində qida zəhərlənmələri, dostun-dostu, qohumun-qohumu bıçaqlaması, güllələməsi hallarına da tez-tez rast gəlirik.
Həmçinin yay fəslində ən çox ölüm dənizdə, çaylarda baş verir. İnsanların suda batmalarına səbəb kimi ya müvafiq səddən daha irəli getmələri, yaxud da spirtli içki qəbul etmələri ən çox qeyd olunan hallardır. Belə ki, bu il çimərlik mövsümü ərzində 37-40 nəfərin boğulma halı qeydə alınıb./musavat/


281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP