Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2016

Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir

Banklar son aylarda əhalini kütləvi şəkildə məhkəmələrə verirlər. Borclu vətəndaşlar isə özlərini müdafiə edə bilmədiklərindən əksər hallarda məhkəmələri uduzurlar. Bu, artıq ciddi bir şəkil almağa başlayıb. Ekspertlər borcluların məhkəmələrdə hüquqlarını qorumasının vacibliyini vurğulayırlar. Həmçinin bankların məhkəmələrlə işbirliyi də narahatlıq yaradır.

“DəmirBank”ın Ağsu filialı demək olar ki, rayon sakinlərinin böyük əksəriyyətini kredit borcuna görə məhkəməyə verib. Hər gün keçirilən məhkəmə proseslərinin çoxunda bu bankın iddialarına baxılır. İnsanların sosial durumunun ağır olduğu bir zamanda maaş alan borcluların maaşlarından 50 faiz tutulur.

Onsuz da ağır durumda yaşayan sakinlərin ailələrini nə ilə dolandıracaqları nə bankların, nə də məhkəmələrin vecinə də deyil. Kredit borcunu heç kim kefindən gecikdirmir. Elə ailələr tanıyıram ki, evində xəstə valideyni və ya övladı var. Hər aptekə gedəndə də bir paket dərman almağa məcburdur. İşləyən vətəndaşların aldığı məvacibin əlli faizi bankın iddiasına əsasən tutulur", - deyə rayon sakini bildirir.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankların son vaxtlar məhkəmələrə müraciəti kütləvi hal alıb: “Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. Onlar yardımsız qalanda, banklar birmənalı olaraq prosesi udurlar. Həm də banklar məhkəməni öz istədikləri kimi, istədikləri şəkildə udurlar. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək?

Yəni bir var vətəndaş məhkəmə prosesində etiraz edib, faiz dərəcələrinin çox yüksək olduğunu bildirir, bunun azaldılmasını tələb edir. Yaxud zaminin məsuliyyət daşımadığını deyir. Mübarizə aparan vətəndaşlar prosesdə nəyəsə nail olurlar. Əgər məhkəmədə vətəndaşlar özlərini müdafiə edirlərsə, vəziyyət acınacaqlı olmur. Amma əlbəttə, vətəndaşlar özlərini müdafiə etmirlərsə, vəziyyət birmənalı şəkildə bankların xeyrinədir. Təəssüf ki, əksər hallarda məhz belədir. Vətəndaşlarda belə bir əhval-ruhiyyə var ki, bankları məhkəmədə udmaq mümkün deyil. Bu fikri banklar özləri dövriyyəyə buraxırlar. İstəmirlər ki, vətəndaşlar onlara qarşı məhkəmələrdə mübarizə aparsınlar. Amma demək olmaz ki, banklar həmişə vətəndaşları udur. Keçən həftə Antikollektor bir bankı məhkəmədə udub. Biz zamini müdafiə edirdik. Məhkəmə onu zaminlik öhdəliyindən azad etdi”./musavat/


297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP