Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2016

Gürcüstanın paytaxtında “Tiflis Aşura Konfransı” keçirildi

Gürcüstanın paytaxtı Tiflis şəhərində Dəyərlər Oxucular Klubu və Gənc Əhlibeytsevərlər Forumu, Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt Aşiqləri Forumunun birgə təşkilatçılığı ilə "Tiflis Aşura Konfransı" keçirilib.

Tədbir Quran qarisi Kərbəlayi Vidadinin mübarək Qurani Kərimdən ayələri tilavət etməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru Rüfət Əliyev salamlamadan sonra sözü İçərişəhər "Cümə" məscidinin dini icmasının imam camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluya verib. Hacı İlqar tədbir iştirakçılarını salamlayaraq belə bir möhtəşəm tədbirin keçirilməsi münasibətilə hər kəsi təbrik edib və bu təşəbbüsün necə ərsəyə gəlməsindən danışıb Hacı İlqarçıxışında dünyada Aşuranın müxtəlif formalarda keçirilməsinin əhəmiyyətinə vurğu edib. O, xüsusilə belə tədbirlər keçirilməsinin Aşuranın ictimai rəydə tanıtımında önəmli rol daşımasını vurğulayıb.

Daha sonra söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verilib. O da öz növbəsində qonaqları salamlayıb və Aşura məktəbinin tanıtdırılmasında mühüm olan məqamlara toxunub. Hacı Ramin xüsusilə Aşura mərasimlərinin ictimai rəydə tanıtdırılması və maarifçiliyində müasir üslub və vasitələrdən geniş istifadənin önəminə vurğu edib.

Çıxış edən Dəyərlər Oxucular Klubunun moderatoru Nuran Mikayıloğlu "Dünyada Aşura" mövzusunda prezentasiya-təqdimatını tədbir iştirakçılarına çatdırıb. Çıxışçı üç istiqamət üzrə - Dünyada Məhərrəmliyə hazırlıqlar, Dünyada Aşuranın keçirilməsi və Dünyada Aşuranın keçirilməsinə törədilən maneələr istiqamətləri üzrə geniş çıxış edib.

Növbəti çıxışçı - Gənc Əhlibeytsevərlər Forumunun moderatoru Asif Əzizov dünyanın ən böyük ictimai mərəzlərindən olan İslamofobiya mövzusunda geniş prezentasiya təqdim edib. Asif Əzizov İslamofobiyanın yaranma tarixi və səbəblərindən danışıb, bununla mübarizə üsullarına vurğu edib.

Digər çıxışçı, Dəyərlər Oxucular Klubunun moderatoru Mirəziz Seyidov “Əhli-beyt (ə) hərəmlərinə virtual səyahət adlı” geniş prezentasiya təqdim edib.

Daha sonra İçərişəhər "Cümə" məscidinin dini icmasının Məhərrəm-Səfər əyyamı ilə əlaqədar Şəhidlər xiyabanına ziyarətinin video-sujeti tədbir iştirakçılarına təqdim edilib.

Yekunda Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu konfransın dəyərləndirməsini aparıb və dualar edib.

Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb./Deyerler/

373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP