Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2016

Bakıda 32 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib, 32 yaşlı kişi ağır yaralanıb.

Hadisə Nəsimi rayonu ərazisində, Əli bəy Hüseynzadə küçəsinin 10-cu döngəsindəki 2 saylı evin qarşısında baş verib.

Həmin evdə yaşayan 32 yaşlı Həsənov Aslan Baba oğlunu tanışları evindən çağırıblar. Qapıya gələn bir neçə nəfərlə Aslan Həsənov arasında mübahisə yaranıb. Mübahisə zamanı o, qarın nahiyəsindən və ayağından bıçaqlanıb.

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Aslan Həsənovun ayağına batan bıçaq şah damarı kəsib. Çoxlu qan itirən yaralını orada əməliyyat etmək mümkün olmadığından, yaralı yaxınları tərəfindən başqa xəstəxanaya köçürülüb. Aslan Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir./musavat/


289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP