Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2016

Cəllad Akif Çovdarovun məhkəməsində məcburi fasilə elan olundu

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının növbəti məhkəmə prosesi başlayıb və dərhal da fasilə elan olunub

Buna səbəb konvoy rəisinin verdiyi açıqlama olub.

Rəis bildirib ki, Akif Çovdarovun səhhəti qəfil pisləşib və o hazırda həkimlərin ciddi nəzarəti altındadır. Onun məhkəməyə gəlib-gəlməyəcəyi həkimlərin qərarından sonra məlum olacaq. Bunun üçün isə müəyyən vaxt lazımdır.

Məhkəmə bunu nəzərə alıb və prosesdə saat 12.30-a qədər fasilə elan edib.


345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP