Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2016

Akif Çovdarov məhkəməyə xərəkdə, həkimlərin müşayiəti ilə gətirilib

"Məhkəmə sifarişi yerinə yetirir"

Noyabrın 10-da Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, jurnalistlərin iştirakı olmadan keçirilən iclasda Akif Çovdarovun məhkəməyə gətirilməməsi səbəbindən fasilə elan edilib. Vəkil Cavid Rzazadə jurnalistlərə açıqlamasında deyib ki, A. Çovdarov səhhəti ilə əlaqədar iclasa qatılmayıb və hazırda həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.

Daha sonra Akif Çovdarov məhkəməyə xərəkdə, həkimlərin müşayiəti ilə gətirilib. İclas davam etdirilib. A. Çovdarov iclasda həkim nəzarətində, xərəkdə uzanmış formada iştirak edib.

Vəkil Kamandar Nəsibov iclasdan sonra jurnalistlərə açıqlama verərək deyib ki, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilən vəsatətlər təmin edilməyib. Zərərçəkmiş şəxslərdən Mübariz Məmmədov adının zərərçəkmiş şəxslərin siyahısından çıxarılması barədə vəsatət verib. O, iş üzrə zərərçəkmiş olmadığını deyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib:

"Biz məhkəmə tərkibinə etirazla bağlı vəsatət vermək istədik. Lakin hakimlər otaqdan çıxdılar və biz vəsatəti verə bilmədik. Aydın məsələdir ki, məhkəmə sifarişi yerinə yetirir. Lakin kimin sifarişin yerinə yetirdiyini bilmirik. Biz birinci dəfədir məhkəmənin belə tezliklə işi baxışa təyin etdiyini görürük".

Təqsirləndirilən şəxslər - Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovdur. Onlar Cinayət Məcəlləsinin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.


331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP