Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2016

Ayətullah Məkarim Şirazi: Bu gün Yəmən dünyanın sınaq meydanıdır

Bu gün Yəmən dünyanın sınaq meydanıdır. bunu təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi bu gün səhər Qum şəhərində Əzəm məscidində keçirlən xaric fiqh dərsində deyib.

Ayətullah Məkarim Şirazi deyib ki, 19 aydır dəli bir dövlət Yəməni darmadağın edir, od vurub yandırır, başqaları da ona kömək edir və bu cinayətlərin qarşısında sükut edir.

Ayətullah Məkarim Şirazi dünyada baş verən proseslər haqqında deyib ki, bu gün maddi dünya sivilizasiyasında emosiyalar və insani dəyərlər ölüb.

Ayətullah Məkarim Şirazi deyib ki, son vaxtlar İngiltərə qəzetlərindən biri öz hökumətini tənqid edib və yazıb ki, İngiltərə Səudiyyə Ərəbistana 2 milyard dollar həcmində silah satıb, bu düzgündürmü?

Amerikada keçirilən seçkilərə toxunan Ayətullah Məkarim Şirazi deyib ki, bu gün bu seçkilərdə nə baş verdiyini müşahidə edirik, hər iki namizəd yalançı, əxlaqsız, cinayət törətmiş şəxslərdir və istəyirlər dünyanı idarə etsinlər. “Vay o dünyanın halına ki, bu insanlar istəyir onu idarə etsin. Bu gün dünyada emosiyalar ölüb. Əgər Ənbiyaların (ə) təlimlərindən ayrılarıqsa belə də olacaq. Din olmayan yerdə maddiyyata söykənən dünyadan bundan artığın gözləməkdə olmaz”.

Ayətullah Məkarim Şirazi deyib ki, Ali Səud özü də bilmir Yəməndə hansı məqsədi güdür. “Səudiyyə Ərəbistan istəyir ki, Yəmən xalqını qətliam etsin və bu ölkənin dağıntıları üzərində hökümət qursun? Öz əlaltısını xarabalığın üzərində otuzdurmaq istəyir?/maide/


281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP