Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2016

Almaniya konsulluğuna hücum, 2 ölü, 80 yaralı - YENİLƏNİB

“Taliban” silahlılarının Almaniyanın Əfqanıstanın Məzarşərif şəhərindəki konsulluğuna hücumu nəticəsində 2 nəfər ölüb, azı 80 nəfər yaralanıb.

“New York Times”ın verdiyi xəbərə görə, alman diplomatlarının konsulluq üçün istifadə etdikləri “Mazar Hotel” otelinin qarşısında törədilən birinci partlayışın ardınca binanın daxilində ikinci güclü partlayış baş verib.

Hadisə yerinə NATO hərbçiləri cəlb olunub, otelin yaxınlığında atışma baş verib. Alyansın nümayəndəsi binanın ciddi zərər çəkdiyini bildirib.

“Taliban” nümayəndəsi hücumun ABŞ aviasiyasının Qunduz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib. Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının Qunduz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb./apa/


348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP