Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2016

Olland gedir: impiçment

Fransa Prezidenti Fransua Ollandın impiçmenti barədə qətnamə layihəsi icra hakimiyyətinin nümayəndələrinə təhvil verilib.

Le Monde saytı xəbər verir ki, layihə 79 deputat tərəfindən imzalanıb.

Verilən məlumata görə, sözügedən sənədi icra hakimiyyətinə parlamentin sədri Klod Bartolone təqdim edib.

Layihəni hazırlayan Respublikaçıların sözlərinə görə, bu təşəbbüs Ollandın “öz səlahiyyətlərini ciddi şəkildə pozduğu” və dövlət sirrinin qorunması sahəsində buraxdığı səhvlər ucbatından meydana gəlib.

Xatırladaq ki, "Sevipof" analitik mərkəzinin keçirdiyi sorğuda Fransa vətəndaşlarının yalnız 4 faizinin prezidentin fəaliyyətindən razı olduğu ortaya çıxmışdı./axar/


380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP