Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2016

Dünya Səddam və Qəddafi ilə daha yaxşı idi - Trampdan dəlisov açıqlama...

Amerikanın 45-ci başçısı seçilən Donald Trampın seçkilərdən əvvəl CNN-ə Yaxın Şərqdə yaşananlarla əlaqədar söylədiyi sözlər yenidən gündəmə gəlib.

Amerikanın illərdir Yaxın Şərqdə apardığı siyasəti sərt tənqid edən Donald Tramp, Suriya, İraq və Liviyadakı vəziyyətləri xatırladaraq, Orta Şərqə Obama və Klintonun rəhbərliyində qan hakim olduğunu söyləyib. Tramp, Amerikanın İraqa etdiyi müdaxiləni də tənqid edib. İraqın Səddam Hüseyn dövründə bu günə nisbətən çox daha yaxşı olduğunu söyləyib.

"Səddam dövrü bu gündən çox daha yaxşı idi"


Yeni ABŞ prezidenti, Səddam dövründə İraqda terrorist olmadığını, ancaq bu gün İraqın terrorçuların təlim etdiyi ölkəyə çevrildiyini bildirib. Tramp, "Mən Səddamın yaxşı bir adam olduğunu söyləmirəm, qorxunc bir adam idi. Ancaq bugünki vəziyyətdən çox daha yaxşıydı" - söyləyib. Bu gün İraq və Liviyanın varlığından kimsənin söz edə bilmədiyini xatırladan Tramp, "Hər şey təxribat oldu, nə dövlət qaldı, nə də dövlət nəzarəti" - deyə bildirib.

"Dünya Səddam və Qəddafi ilə daha yaxşı idi"

Müxbirin "Dünya Səddam Hüseyn və Qəddafi ilə daha yaxşımı olacaqdı? sualına isə "Yüzdə yüz" deyərək cavab verib. Jurnalistin o dövr insan hüquqları ilə əlaqədar problemləri xatırlatması üzərinə isə Tramp, insan hüquqları ilə bağlı problemlərin bu gün ötənlərə nisbətlə daha çox olduğunu bildirib. Bu gün insanların başının kəsilib boğularaq öldürüldüyünü vurğulayan Tramp, Səddam və Qəddafi rəhbərliyində bunların yaşanmadığını da xatırladıb./moderator/


318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP