Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2016

Saakaşvili: “Ukrayna yox ola bilər”

Əgər hökumətin təklif etdiyi siyasət üzrə ölkə idarəsi davam etsə, Ukrayna öz mövcudluğuna son qoyacaq.

Bunu “112 Ukrayna” televiziyasına müsahibəsində Odessanın eks-qubernatoru Mixail Saakaşvili söyləyib.

Saakaşvili bildirib ki, hazırkı dövlət kursu ölkənin iqtisadi göstəricilərinin artmasına imkan verməyəcək:

“Artıq Avropanın ən kasıb ölkəsi statusu daşıyan bir dövlətin təcili islahatlara ehtiyacı var. Əgər hökumətin vəd etdiyi ssenari üzrə biz inkişaf etsək, o zaman ən yaxşı halda 15 il sonra Yanukoviç dövrünün səviyyəsinə çata biləcəyik. Yox, əgər biz vəd edilmiş ssenaridən kənarda qalaraq indiki kimi templə inkişafa etsək, o zaman bir azdan Yer üzündə Ukrayna adında heç nə qalmayacaq”.


360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP