Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

“Admiral Qriqorovuç” Suriyanı qanadlı raketlərlə vurdu

Rusiyanın “Admiral Qriqoroviç” freqatından Suriyadakı hədəflərə qanadlı raket zərbələri endirilib.

Bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin iştirakı ilə baş tutan toplantıda deyib.

“Biz terrorizmə qarşı mübarizədə Suriya ordusuna dəstək verməyə davam edirik. “Admiral Qriqoroviç” gəmisinin iştirakı ilə İdlib və Xüms şəhərlərində İŞİD və Nüsrə Cəbhəsinin mövqelərinə hava zərbələri endirdik. “Kalibr” raketləri vasitəsilə əvvəldən müəyyən edilən hədəflər məhv edilib”, - Şoyqu bildirib.

Qeyd edək ki, əməliyyatlarda Rusiyanın ən böyük gəmisi olan “Admiral Kuznetsov” təyyarədaşıyan layneri də iştirak edir./axar/


466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP