Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Suriya ordusu Hələbi tam azad etmək istəyir

Suriya ordusu Rusiya, İran və Çinin dəstəyi ilə Hələb və şimal ərazilərini təmizləmə əməliyyatına başlayır, sonrakı hədəf Türkiyənin hücuma hazırlaşdığı əl-Bab var, Rusiya və Türkiyənin növbəti dəfə qarşı-qarşıya gəlməsi riski var.

Suriya ordusu ölkənin ikinci böyük şəhəri Hələbin təmizlənməsi əməliyyatına hazırlaşır. Bu barədə İran mediası məlumat yayıb. Hələb uğurunda döyüşlər iki ildən çoxdur davam edir, şəhər faktiki olaraq iki hissəyə bölünmüş vəziyyətdədir. Ötən həftə silahlılar Hələbdəki hökumət qüvvələri mövqelərinə iki dəfə hücum təşkil etsələr də, şəhəri tam olaraq nəzarətə almaq mümkün olmayıb.

İndi isə hökumət Hələbə ordu toplayır. Gələn bilgilərə görə, Rusiya qüvvələri də Hələb əməliyyatına hazırlaşır. Bildirilir ki, hökumət qüvvələri Hələbdə geniş miqyaslı əməliyyat başladıb şəhəri tamamilə nəzarətə almaqda qərarlıdır. Artıq Rusiya aviasiyasının Hələbdəki silahlıların mövqelərini bombalamağa başlayıb. Əməliyyatda İran və Hizbullah qüvvələrinin də iştirak edəcək. Ancaq mətbuatda İraq və Misirdən də silahlı birləşmələrin Hələb əməliyyatına qatılacağı ilə bağlı xəbər yayıb.


386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP