Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Bəşər Əsəd: Tramp terrorla mübarizə aparacağı təqdirdə, Suriyanın “təbii müttəfiqi” olacaq

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp terrorçuluqla mübarizə aparacağı təqdirdə, Dəməşqin "təbii müttəfiqi" olacaq.

"Report" xəbər verir ki, bu barədə o, Portuqaliyanın "Rádio e Televisão de Portugal" dövlət radioteleviziya şirkətinə müsahibəsində bildirib. "Biz hazırda onun nə etməyə hazırlaşdığını bilmirik, lakin, əgər o, terrorçuluqla mübarzə aparacaqsa, əlbəttə ki, biz terrorçuluqla mübarizə aparan Rusiya və İranla olduğu kimi ABŞ-la da müttəfiq olacağıq", - deyə Əsəd əlavə edib. Suriya prezidenti qeyd edib ki, o, Trampın terrorla mübarizəyə dair vədini tutacağına "skeptik" yanaşır, çünki ABŞ administrasiyası və Amerika KİV-i də daxil olmaqla bir çox qüvvələr "ona qarşı çıxış edirlər".

Bundan əvvəl Tramp bəyan edib ki, Suriyada prezident Bəşər Əsədin devrilməsinə deyil, İŞİD-lə mübarizəyə diqqət yönəldəcək.


428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP