Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

Saakaşvili Tiflisə təhvil verilir

Ukrayna Radasının deputatı Vadim Rabinoviç Ukrayna Baş Prokurorluğuna müraciət edərək, Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin Gürcüstana ekstradisiya olunmasını istəyib.

Bu barədə informasiyanı Ukraynanın “1+1” telekanalına Rabinoviçin özü verib. Onun sözlərinə görə, Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsi prosesində çoxlu qanun pozuntuları olub:

“Mən qanun pozuntularının düzəldilməsini istəyirəm. Üstəlik, bizim Gürcüstanla beynəlxalq cinayətkarların verilməsi barədə razılaşmamız var. Bir adama görə müqaviləni pozub, Gürcüstanla münasibətlərimizi korlamağa dəyməz”.

Qeyd edək ki, Saakaşvili bir müddət öncə Odessa qubernatoru vəzifəsindən istefa verib. O, istefasına səbəb kimi hakimiyyətin korrupsionerləri himayəyə götürməsini göstərib. Bundan sonra Kiyevlə Saakaşvilinin münasibətləri pozulub./axar/


403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
Go to TOP