Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2016

İraqda zəvvarlara xidmət etməkçün İranın səyyar xəstəxanası fəaliyyətə başladı

"Bu layihə çərçivəsində 100 həkim zəvvarlara xidmət etmək üçün səfərbər olunub."

“Al Alam”-in verdiyi xəbərə əsasən, İraqda İran İslam Respublikasına məxsus səyyar xəstəxana fəaliyyətə başlayıb. Bu barədə İranın İraqdakı rəsmi səfiri Həsən Danayifər bildirib.

“Səyyar xəstəxana ölkənin Vasit şəhərində fəaliyyətə start verib. Bu layihə 2 ölkə arasında İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərmək niyyəti ilə təşkil olunub.”- deyə Danayifər bildirib.

Şəhərin sağlamlıq üzrə məmuru Cabir Yasiri də səyyar tibbi xidmətin üstün cəhətlərinə işarə edərək bildirib: “Həqiqətən də, tam təchiz olunmuş bu xəstəxana bizim üzərimizdən bir çox yükü götürmüşdür. Bu layihə çərçivəsində 100 həkim zəvvarlara xidmət etmək üçün səfərbər olunub”./islamazeri/


432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP